Məsafədən təhsilalma ali təhsil səviyyələrində təhsilalma formaları sırasına daxil edilir.
Hafta.az-ın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:
- əyani (full-time (tədrisə tam cəlb olunma), part-time(tədrisə qismən cəlb olunma));
- qiyabi;
- məsafədən;
- eksternat.
Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimidir:
- qısamüddətli ali təhsil səviyyəsində - əyani, qiyabi, məsafədən;
- bakalavriat səviyyəsində - əyani, qiyabi, məsafədən və əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani;
- magistratura səviyyəsində - əyani, məsafədən və rezidenturada - əyani;
- doktorantura (adyunktura) səviyyəsində - əyani, qiyabi;
- əlavə ali təhsil - əyani, qiyabi, məsafədən.
Qanun layihəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.